Fenerbahçe İdman Klubu, Türkiyədə bir idman klubu. Klub 1907-ci ildə yaradılıb. Fənərbaxça klubunun geyimləri sarı və göy rənglərdən ibarətdir. Türkiyə Liginin ilk çempionu. Türkiyədə ən çox kuboka sahib olan klubdur. Fənərbaxça Şükrü Saracoğlu Stadionu, Fənərbaxça idman klubu'nun ev oyunlarını oynadığı stadiondur. UEFA-nın 5 ulduzlu stadionlarından biridir.
• Yaranma Tarixi: 1907
• Yaranma Yeri: İstanbul, Dereağzı Tesisleri, Samandıra
• Qurucular: Ziya Songülen, Ayetullah Okaner, Necip Okaner, Asaf Beşpınar
ve Enver Yetkiner
• Stadion: Oyunlarını Fənərbaxça Şükrü Saracoğlu Stadionunda oynayır.
Emblem
1910-cu ildə rəsm çəkməkdə istedadlı futbolçu Topuz Hikmətin çəkdiyi emblem hərkəs tərəfindən qəbul edilmişdir. Əsasən sarı-göy və başqa 3 rəngdən ibarət loqoda Fenerbahçe Spor Kulübü *1907* yazılmışdır. 1929-cu ildən etibarən Osmanlı Türkcəsi ilə yazılmış hərflər yeni Türk dilinə çevrilmişdir. Loqonun üzərində kiçik dəyişikliklər, redaktələr edilmiş ve əslı qorunaraq günümüzə qədər gəlmişdir.
Atatürk və Fənərbaxça
Atatürk, 10 Avqust 1928-ci ildə, 3-3 heç-heçə bitən Qazi Kuboku oyunundan
sonra ikisi Fənərbaxçalı və üçü Qalatasaraylı olan beş nəfərin önünde
bunları demişdir:
"Burada üçe üçük.. Çünkü mən də Fənərbaxçalıyam!"

Mustafa Kamal Atatürk'ün Fənərbaxça İdman Klubunu ziyarəti vaxtı, xatirə dəftərinə yazdığı sətirlər belədir: "Fenerbahçe Kulübü’nün her tarafa mazhar-i takdir olmuş bulunan asari mesaisini işitmis ve bu kulübü ziyaret ve erbab-ı himmeti tebrik etmeyi vazife edinmiştim. Bu vazifenin ifası ancak bugün müyesser olabilmiştir. Takdirat ve tebrikatımı buraya kayd ile mübahiyim."
Qurtuluş savaşı illərində Fənərbaxça klubunun oyunçuları Atatürk'ə və onun silahdaşlarına böyük köməklik göstərmişlər. İstanbula və digər iri şəhərlərə gizli silah daşınmasında Atatürk Fənərin oyunçularından istifadə etmişdir.
Dünya Fənərbaxçalılar Günü
Dünyada ve Türkiyədə, ilk dəfə Fənərbaxça İdman Klubu bir günü Fənərbaxçalılara həsr etmişdir. 1907 quruluş ilinə görə təyin olunmuş gün, 19 İyul (19.07) saat 19:07 olarak müəyyən edilmişdir. Hər il Dünya Fənərbaxçalılar Günü, ölkədə və xaricdə təntənə ilə qeyd edilir.
İdman Klubundə Qazandığı Çempionluq və Kuboklar
Avropadakı Qələbələr:
Balkan Kuboku Çempionluğu (1): 1966-1967
Çempionlar Liqası 1/4 final merhelesi: 2008
UEFA Kuboklar Kuboku 1/4 final merhelesi: 1963-1964
Türkiyədəki Çempionluqlar (26):
Türkiyə Futbol Birincilikləri (3): 1932-33,
1934-35, 1943-44
Milli Yığma (6): 1936-37, 1939-40, 1942-43,
1944-45, 1945-46, 1949-50
Türkiyə 1. Futbol Liqası (14): 1959, 1960-61,
1963-64, 1964-65, 1967-68, 1969-70, 1973-74, 1974-75, 1977-78, 1982-83,
1984-85, 1988-89, 1995-96, 2000-01
** İkinci (14): 1960, 1962, 1967, 1971, 1973, 1976, 1977, 1980, 1984,
1990, 1992, 1994, 1998, 2002
Türkiyə Super Liqası (2): 2003-04, 2004-05
Türkcell Super Liqası (1): 2006-07
**İkinci (2): 2006, 2008
Atatürk Kuboku (2): 1964, 1998
Prezident Kuboku (6): 1968, 1973, 1975, 1984, 1985, 1990
Baş nazir Kuboku (8): 1945, 1946, 1950, 1973, 1980, 1988, 1992, 1998
Türkiyə Kuboku (4): 1967-68, 1973-74, 1978-79, 1982-83
TSYD Kuboku (12): 1969, 1973, 1975, 1976, 1978, 1979, 1980, 1982, 1985,
1986, 1994, 1995
İstanbul Futbol Liqası (16): 1911-12, 1913-14, 1914-15, 1920-21, 1922-23,
1929-30, 1932-33, 1934-35, 1935-36, 1936-37, 1943-44, 1946-47, 1947-48,
1952-53, 1956-57, 1958-59
Donanma Kuboku (4): 1982, 1983, 1984, 1985
İstanbul Kuboku (1): 1944
İstanbul Şilti (4): 1930, 1934, 1938, 1939
Spor Toto (1): 1967
Türkiyə Süper Kuboku (1): 2007
Fənərbaxça idman klubu Ginnesin rekordlar kitabına düşüb 100 yaşı tamam olan Fənərbaxça idman klubu qazandığı 1134 kubok və medalla rekordlar kitabına müraciət etmişdi.
Fənərbaxça İdman Klubu